102-ci hərbi bazanın gənc pilotları məşğələlərə başlayıblar

2019/01/unnam-1548168284.jpg
Oxunub: 4088     19:43     22 Yanvar 2019    
Ermənistanda dislokasiya olunan RF-nin Cənub Hərbi Dairəsinin “Erebuni” aviabazasının Mi-8 MŞT hərbi yükdaşıma helikopterlərinin gənc pilotları qış şəraitində yüksək dağlıq ərazidə hava gəmisinin sadə və mürəkkəb idarə edilməsi elementlərinin hazırlanmasına başlayıblar.

Ordu.az Cənub Hərbi Dairənin mətbuat xidmətinə istinadən xəbər verir ki, helikopterlərin şəxsi heyəti gündüz vaxtı hava gəmilərinin sadə idarə ediməsi tapşırıqlarını adi hava şəraitində yerinə yetirirlər.

Həmçinin pilotlar kəşfiyyat, quru və hava hədəflərinin aşkarlanması və tanınması tapşırıqlarını yerinə yetirəcəklər. Aviasiya vasitələrinin məhv edilməsinin seçilməsi üzrə qərarlar qəbul ediləcək, şərti düşmənin hədəflərini nişan altına götürəcək və onları elektron hücumla məhv edəcəklər.

"Helikopterlərlə yüksək idaretmə fiqurlarınının yerinə yetirilməsi şəxsi heyətə təmamilə aviatexnikanı mənimsəməyə, hava döyüşləri aparılması bacarıqlarını artırmağa, həmçinin helikopterin avadanlıqları ilə daha yaxşı səmtlənməyə imkan verir", - bu barədə helikopterlər eskadriliyasının komandiri polkovnik-leytenant Yuri Oriçak bildirib.

Hərbi bazanın gənc pilotları və bort texnikləri ilə Ermənistan dağlarında keçirilən praktiki təlimlərə 100-dən çox hərbi qulluqçu və 30 ədəd quru və aviasiya hərbi texnikası cəlb edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 102-baza   Helikopter   Təlim  


Bizi "telegram"da izləyin