Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın 3-cü prezidenti Mixail Saakaşvili Nyu Yorkda gürcü miqrantlarla görüşərkən deyib.
Gürcülərin pis cəhətlərini tənqid edən Saakaşvili, ermənilərə tərifində rişxəndlə Gürcüstanın yarısının "erməni" olduğunu da dilə gətirib.
“Ermənilərdən soruşarsansa, hamısı ermənidir. Gürcülərdən soruşarsansa, kim xoşuna gəlmirsə, o ermənidir deyirlər. O cümlədən eyni qaydada Gürcüstanın yarısı belədir, yəni "erməni"dir", - deyə Saakaşvilinin sözləri bütün dəhlizin gülüşünə səbəb olub.
Alpər Mövludoğlu
Ordu.az