Ordu.az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, o, artıq İsveçrənin erməni iş adamları ilə görüşlər keçirib, daha sonra Sürixdə İsveçrə-Ermənistan ticarət palatasının nümayəndələri və isveçrəli iş adamları ilə işgüzar nahar edib.
Görüşdə İsveçrə Milli Şurasının keçmiş prezidenti Dominik de Buman da iştirak edib.
Nəşrin məlumatına görə, Paşinyan Davos forumundan sonra yanvarın 25-də Avrasiya İqtisadi Birliyinin ofisində çıxış etmək üçün Moskvaya gedəcək.
Çıxışın səbəbi Avrasiya İqtisadi Birliyi orqanlarında sədrlik hüququnun 2019-cu ildə Rusiyadan Ermənistana ötürüləcəyi ilə bağlıdır.
Alpər Mövludoğlu
Ordu.az