Dünən, saat 19:30 radələrində şimal prospektində, Teryan 25 ünvanında, naməlum şəxs və ya şəxslər “Mini cooper” markalı avtomobilinin şüşəsini sındırıb və avtomobili zədələyiblər.
Ordu.az "Shamshyan.com" saytına istinadən xəbər verir ki, hadisə yerinə mərkəzi polis bölməsinin əməkdaşları cəlb olunublar.
Saytın məlumatına görə, sözügedən avtomobil "Mənim addımım" fraksiyasından parlamentə seçilmiş deputat Kristina Poğosyana aiddir.
Fakt üzrə mərkəzi polis bölməsinin istintaq idarəsində materiallar hazırlanır.

Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Hücum