Ordu.az xəbər verir ki, bu barədə erməni politoloq Ağası Yenokyan öz “Facebook” səhifəsində yazıb.
“Nikol Paşinyanın Qarabağ məsələsi ilə bağlı təzyiqlərə tab gətirmədiyinə dair ekspertlər çevrəsində şübhə yoxdur. Onlar hesab edir ki, Nikol Paşinyan sonunda güzəştlərə gedəcək. Gələcəkdə Ermənistanın mövcudluğunu şübhə altına alacaq qədər dərin güzəştlərin olacağı istisna edilmir.
Lakin Ermənistan vətəndaşları bu problemləri müzakirə etmirlər. Bunun əvəzində ictimai gündəmə müxtəlif digər problemlər, ekologiya, korrupsiya, insan hüquqları, kamikadzelərin hüquqları, LGTB və heyvan hüquqları və digər məsələlər atılıb. Əlbəttə, bütün bunlar Ermənistanın inkişafı üçün vacibdir, lakin, yalnız Ermənistan mövcud olmağa davam edərsə, əhəmiyyətlidir. Bu saxta gündəmin yayılmasının əsas səbəbi müxalifətin olmamasıdır. Çiçəklənən və ya İşıqlı Ermənistan partiyalarının təhlükəsizlik üzrə Nikol Paşinyanın hakimiyyətinə qarşı ciddi məsələlər qaldıra biləcəyini təsəvvür etmək çətindir. Ona görə ki, onlar bu hakimiyyətlə yağlanıblar. Parlamentdən kənar müxalifət hakimiyyətin itirilməsindən və seçkilərdə məğlubiyyətindən sonra hələlik öz yarasını yalayır.
Nikol Paşinyanın institutsional müxalifəti mətbuat ola bilər və bu səbəbdən ilin əvvəlindən başlayaraq, o, mətbuatı susdurmağa başlayıb. “İqtidar xaşı” ilə əlaqədar olaraq informasiyaların yayılmasına qeyri-kafi, kəskin reaksiyadan sonra Nikol Paşinyan bəyan etdi ki, kütləvi informasiya vasitələrinin 90%-i keçmiş hakimiyyət tərəfindən sahiblənilib. Bundan sonra ona yaxın ekspertlər bu sahədə əmlakın bölüşdürülməsinin zəruriliyi barədə danışmağa başlayıblar.
Lilit Makunts Nikol Paşinyanın fikrini daha da dərinə apararaq, kütləvi informasiya vasitələrinə təzyiq göstərilməsi üçün ictimaiyyətin xeyir-duasının alınmasını tələb edir. Bir sözlə mətbuata qarşı ov sezonu açıq elan olunub”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az