Rus hərbi qulluqçu Ermənistan cəzaçəkmə müəssisəsinə köçürülməyəcək

2019/01/38224-1548080063.jpg
Oxunub: 12320     18:12     21 Yanvar 2019    
Gümrü sakininin ölümündə təqsirli bilinən rus hərbi qulluqçunun Ermənistan cəzaçəkmə müəssisəsinə köçürülməsi barədə vəsadət təmamilə rədd edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Gümrü sakini Culietta Quqasyanın ölümündə təqsirli bilinən rus hərbi qulluqçu A.R rus hərbi bazası ərazisindən Ermənistanın cəzaçəkmə müəssisəsinə köçürülməsi barədə zərərçəkən tərəfin vəsadətinin icraatını həyata keçirən orqan 29 dekabr 2018-ci ildə qəbul etdiyi qərarla bu vəsadəti təmamilə rədd edib.

Quqasyanın hüquqlarını müdafiə edən Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin sədri Artur Sakunts və təşkilatın vəkilləri Arayik Zalyan, Hayk Hakopyan və işin araşdırılmasını həyata keçirən istintaq komitəsinin Şirak vilayət istintaq idarəsinin müstəntiqi Mnoyandır.

Xatırladaq ki, 2018-ci ilin dekabrın 21-də Rusiya Federasiyasının 102-ci hərbi bazası ərazisində saxlanılan müttəhim A.R adlı hərbi qulluqçunun Ermənistanın müvafiq cəzaçəkmə müəssisəsinə köçürülməsinə dair vəsadət qaldırılıb. Hüquq müdafiəçiləri Ermənistan və Rusiya arasında hərbi bazanın Ermənistan ərazisində yerləşdirilməsinə dair razılaşmanın müvafiq bəndlərini rəhbər tutaraq, bu vəsadətlə çıxış ediblər.

Ermənistan istintaq komitəsinin Şirak vilayət istintaq idarəsinin rəis müavini vəzifələrini icra edən Samvelyan vəsadətin rədd edilməsi haqqında qərarda qeyd edir ki, həbs edildikdən sonra hərbi qulluqçu A.R-nin rus hərbi bazasından Ermənistanın müvafiq müəssisəsinə köçürülməsi Rusiya Federasiyasının qanunvericiliyinə ziddir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   102-baza  


Bizi "telegram"da izləyin