Tehranın İrəvana qarşı növbəti cavab addımı nə ilə nəticələnəcək? - EKSPERTLƏR

2019/01/16072-1548055422.jpg
Oxunub: 11907     11:29     21 Yanvar 2019    
“Mənim Adımım” fraksiyasının deputatı Hayk Koncoryan erməni parlamentində çıxış edərək, Ermənistanın avtoritar Türkiyə, avtoritar məzmunlu İran və avtoritar Azərbaycanla əhatə edildiyini bildirib və deyib ki, yalnız qonşu Gürcüstan demokratiya yolu ilə irəliləyir.

Ordu.az xəbər verir ki, “Sputnik Armenia” agentliyi tərəfindən deputatın bu açıqlamasının Ermənistan-İran gələcək münasibətlərinə mənfi təsir edə biləcəyi ehtimalına dair ekspertlərin rəyi öyrənilib.


Onların fikrincə, rəsmi Tehran, çox ehtimal ki, erməni deputatın düşünülməmiş ifadəsinə reaksiya verməyəcək. İstənilən halda, xüsusilə, İran SQ Baş Qərargah rəisinin Bakıda verdiyi açıqlamalar fonunda xoşagəlməz çöküntü bu günə qədər qalmaqdadır. İran-Ermənistan parlamentləri arasında hələ yaradılmamış əlaqəlar yeni pöhrələyən deputatın düşünülməmiş bəyanatı ilə artıq xoşagəlməz hallarla üzləşib.


“İran tərəfi Hayk Koncoryanın bu açıqlamasına hələlik hər hansı reaksiya verməyib. O, açıqlama ilə çıxış etmişdi. Çətin ki, İranda bunu qəbul etsinlər”, - deyə iranşünas Armen İsrayelyan bildirib.

Öz növbəsində iranşünas Artyom Tonoyan diqqəti “Ermənistan-İran strateji əməkdaşlığın inkişafı mərkəzi” fondunun bəyanatına çəkib. Həmin bəyanatda deyilir ki, belə bəyanatların təkrarlanması iki ölkə arasında dostluq münasibətlərinə ciddi təhdid ola bilər.

Bundan başqa “ParsToday” agentliyi Koncoryanın bəyanatına toxunaraq, onun üzrxahlıq bəyanatı məqamını ictimaiyyət və ekspertlərin təzyiqi ilə əlaqələndirib. Xüsusilə, ekspertlərin fəal reaksiyasının əhəmiyyəti və belə bəyanatlar verməyin yolverilməz olduğundan söhbət açılıb.


Tehranın reaksiyasına gəldikdə isə ekspert qeyd etdiyi kimi, bir qayda olaraq İran tərəfi cavab bəyanatlar verilməsi məsələsində tələsmir. İran tərəfinin sonrakı atdığı addımlar deputatın bəyanatını nə dərəcədə ciddi qəbul etdiklərini dərk etməyə imkan verir.

İran Silahlı Qüvvələri Baş Qəraragah rəisi Məhəmməd Bagerinin Bakıya etdiyi səfərə gəldikdə isə Azərbaycan mətbuatının Baqeriyə istinadən yaydığı Qarabağın Azərbaycana aid olması barədə bəyanatına şübhə ilə yanaşırlar.

Tonoyanın fikrincə, İran mətbuatı Azərbaycanın ərazi bütövlüyü barədə Bagerinin bəyanatı haqqında yazıb.

“Məlumat Azərbaycan prezidentinin rəsmi səhifəsində, IRNA agentliyinin rus dili versiyasında yayımlanıb. İran tərəfi hələlik bunu inkar etməyib”, - deyə ekspert bildirib.

Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə Erməni İnstitutunun eksperti Armen Vardanyanın fikrincə isə, keçən bir həftə ərzində parlamentdə kifayət qədər maraqlı müzakirələr aparılıb.


“Həyəcanlı əhvala malik olmaq lazım deyil, əlbəttə uğursuz bəyanat idi, lakin dünyanın sonu deyil, diplomatik qalmaqal yaranmayacaq. Ancaq təəccüblüdür ki, Baş nazir Nikol Paşinyan İrana səfər etmir. Bir neçə ay əvvəl Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirmişdi ki, belə bir səfərə hazırlıq görülür, lakin indiyədək hər hansı bir yenilik yoxdur”, - deyə o əlavə edib.

Qeyd edək ki, İran SQ Baş Qərargah rəisi Məhəmməd Bagerinin Azərbaycana səfərində Baş nazir Novruz Məmmədovla görüşü zamanı “Ermənistan Azərbaycanın tarixi torpaqlarını işğal edib və ölkəsi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinin tərəfdarıdır” ifadələrini işlətməsi Ermənistan hökumətində çaşqınlıq yaradıb. Əslində, bu bəyanatın Boltonun bölgəyə səfərindən sonra Paşinyanın İran sərhədləri ilə bağlı açıqlamalarına cavab olaraq, o cümlədən artıq regionda İranın Ermənistanla məcburiyyət qarşısında əməkdaşlıq etmək istəməməsindən irəli gəldiyini deyə bilərik.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran   Böhran  


Bizi "telegram"da izləyin