Paşinyanın müşaviri Rusiyaya "sirli" səfər edib

2019/01/26_01-1548053810.jpg
Oxunub: 11273     10:56     21 Yanvar 2019    
Ermənistanın Baş naziri Nikol Paşinyanın yeni məsləhətçisi general-mayor Arşak Karapetyan dövlət büdcəsi hesabına dekabrın 29-dan yanvarın 2-nə qədər Rusiya Federasıyasına işgüzar səfər edib.

Ordu.az xəbər verir ki, erməni KİV-ləri Karapetyanın səfərini təəccüblə və sirli şəkildə təqdim edib.

KİV-lərə görə, dekabrın 29-u şənbə, 30-u isə bazar günüdür və maraqlıdır ki, nə üçün məsləhətçi qeyri-iş günü Rusiyaya gedib, xüsusilə Rusiyada yanvarın 1-i və 2-si qeyri-iş günü hüsab edilir. Beləliklə, bir sual yaranır, Arşak Karapetyanın Rusiyaya getməsinin konkret səbəbi nədir?

Qəzetlər onun "sirli" səfəri haqqında detalları aydınlaşdırmağa çalışsa da, Karapetyanla danışmağa nail ola bilməyib və nəticədə hökumətə yazılı müraciət göndərilib. Digər tərəfdən Arşak Karapetyan qayıtdıqdan sonra üçgünlük müddətlə bağlı Paşinyana və Xarici İşlər Nazirliyinə Rusiyaya işgüzar səfərinin nəticələri haqqında hesabat təqdim etməlidir.

Lakin hələ bu "iş gəzintisi"nin hesabatı Ermənistan hökumətin saytında yoxdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Karapetyan  


Bizi "telegram"da izləyin