Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın sabiq Baş naziri, iqtisadçı Hrant Baqratyan öz “Facebook” səhifəsində yazıb.
O, “Birləşmiş Ərəb Əmirlikləri neftlə zəngin olsa da, su baxımdan kasıbdır. Biz zənginik, bizim gələcək milli stəkanımız tam doludur”, - deyə Abu Dabidə erməni icması ilə görüşən Ermənistan prezidenti Armen Sarkisyanın fikirlərini xüsusilə qeyd edib.
Sarkisyan bildirib ki, 20-50 il sonra su neftdən daha qiymətli olacaq. Buna münasibət bildirməyə məcbur olduğunu qeyd edən Baqratyan vurğulayıb ki, su heç zaman neftdən baha ola və ya onunla müqayisə oluna bilməz. Su bərpa oluna bilən, neft isə bərpa oluna bilməyən resursdur.
“Resurs idarəçiliyi nəzəriyyəsi var. Oxumaq lazımdır. Dövlət xadimi siyasi yalanlar və ya şirin sağlıqlar demək üçün deyil. Bir 30 il əvvəl də bu yanaşma var idi, ancaq nəticəsi sıfıra bərabərdir”, - deyə Baqratyan Sarkisyanın Birləşmiş Ərəb Əmirliklərindəki davranış tərzini tənqid edib.
Alpər Mövludoğlu
Ordu.az