Erməni əsgər anası: “Əgər oğlum möcüzə sayəsində sağ qalmasaydı, atışmanı onun üzərinə atacaqdılar”

2019/01/83146-1547881181.jpg
Oxunub: 6740     10:53     19 Yanvar 2019    
Ermənistanın Abaran şəhər sakini Anahid Qalstyan əkiz övladlarını orduya göndərib və onlar eyni hərbi hissədə xidmət ediblər. Onun övladları işğal altında olan Qarabağ ərazisindəki Ağdərə yaşayış məntəqəsində dislokasiya olunan beşinci müdafiə rayonu adlanan 49971 nömrəli hərbi hissədə qulluq ediblər. Övladlarından biri Argişti Hakobyanı orduya onurğa sütununun 3 formalaşmış, 2 formalaşmamış qrijası olan xəstəliklə aparıblar. Hərbi tibb komissiyası da onu hərbi xidmətə yararlı hesab edib. Ağdərədə yerləşən hospitalın həkimi dekabrın 13-də zəng edərək bildirib ki, övladı ağır odlu silah yarası almaqla hazırda ağır vəziyyətdə hospitaldadır.

Ordu.az xəbər verir ki, erməni əsgərin anasının verdiyi məlumata görə, həyat yoldaşı Ağdərə yaşayış məntəqəsinə çatdıqda zabitlər ona bildirib ki, Argişti Hakobyan özü-özünə silahla xəsarət yetirib.

Zabitlərin verdiyi məlumata görə, guya Argişti Hakobyan “Kalaşnikov” avtomatında ayağı ilə möcüzə göstərməyə cəhd edərkən özünü ürəyinin alt nahiyəsindən vurub. Anası belə bir şəraitdə insanın özünə xəsarət yetirməsinin mümkünlüyü barədə hərbçilərin dediyi nağıla təəccübləndiyini bildirib.

Bildirilir ki, hadisə zamanı Argişti Hakobyan digər bir çavuşla dayaq məntəqəsində olub. Həmin çavuşun yaralı hərbi qulluqçu ilə bərabər eyni hərbi hissədə xidmət edən digər qardaşı Arek Hakobyana dediyinə görə, yaralanan Argişti Hakobyan avtomatla tryuk göstərmək istərkən özünə atəş açıb. Hətta zabit və istintaq heyəti çavuşun dediklərinə inanıb. Ermənistan Müdafiə Nazirliyinin istintaq komitəsi isə hətta Argişti Hakobyanın özü-özünə atəş açdığına dair mövqe açıqlayıb. Hamı buna inanaraq bu versiyanı əsas qəbul edib.

Erməni əsgərinin anası Anahid Qalstyanın dediklərinə görə, 19 yaşlı Argişti Hakobyanın daxili orqanlarının böyük bir hissəsi zədələnib. Yaralanan Argişti Hakobyan 2 dəfə ağır cərrahiyə əməliyyatı keçirib. İkinci əməliyyatdan əvvəl vəziyyəti ağır olarkən yaralı Arqişti Hakobyan baş verənlərlə bağlı həqiqəti anasına demək qərarına gəlib. O anasına bildirib ki, deyəcəyi həqiqətləri heç kimə deməsin, çünki həmin hərbi hissədə xidmət edən qardaşı problemlərlə üzləşə bilər. O, ona atəş edən şəxsin adını çəkməməsi üçün anasına yalvardığını bildirib. “Təsadüf atəşi”nin müəllifi isə Abovyan şəhər sakini Ohanes Manuçaryandır. Manuçaryan yaralanan Argişti Hakobyanla qeyri-ciddi zarafat edərkən atəş açıb və öz həyatını məhv etdiyinə görə yaralıya adının çəkilməməsinə görə yalvarıb.

Hadisə ilə əlaqədar dekabrın 24-də silahla diqqətsiz davranış nəticəsində açılan atəşlə yüngül xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb. Atası bu maddə ilə açılan cinayət işinin qəribə olduğunu qeyd edib və bildirib ki, bir dəfə də olsun Müdafiə Nazirliyindən övladının vəziyyəti ilə maraqlanan olmayıb.

Argişti Hakobyanın komandiri polkovnik Aşot Ağacanyan dekabr ayının sonlarında Muratsan hərbi hospitalına müayinəyə gedərkən reanimasiyada olan yaralı hərbi qulluqçusuna baş çəkib. Hərbi hissə komandiri onun vəziyyətini soruşmaq əvəzinə, “sizi nə qədər öyrətmək olar, silahla oynamayın” deyə tənbeh edib. Bir neçə gün əvvəl Argişti Hakobyan müstəntiqə izahat verib və bundan sonra həmin çavuş şübhəli qismində ittiham edilib.

Anasının dediyinə görə, əgər oğlu sağ qalmasaydı və həqiqətləri deməsəydi cinayət işinə bu şəkildə xitam veriləcəkdi. Atası qeyd edir ki, əgər övladı izahat verməsəydi, cinayət işi normal araşdırılmayacaq, hadisə isə oğlunun üzərinə atılacaqdı. Yaralanan erməni əsgərinin atası polis olsa da, müstəntiqlərin işi araşdırmasında yol verdiyi nöqsanlardan təəccübləndiyini bildirib. Hazırda yaralanan erməni əsgərin anası həmin hərbi hissədə xidmət edən digər oğlu üçün narahatçılıq keçirdiyini qeyd edib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Artsrun Hovhannisyan valideynlərin narahatlığı ilə əlaqədar bildirib ki, bu məqamla əlaqədar hərbi hissə komandanlığını xəbərdar edəcək. Lakin cinayət işinin istintaq mərhələsində olduğuna görə, heç bir məlumat verə bilməyəcəyini qeyd edib.

Verilən sorğuya cavab olaraq İstintaq Komitəsinin İkinci Qarnizon İstintaq Şöbəsi tərəfindən bildiriblər ki, aparılan araşdırmalar nəticəsində Argişti Hakobyan digər müddətli hərbi xidmət qulluqçusu H.M. tərəfindən silahla davranış qaydalarının pozulması nəticəsində açılan atəşlə yaralanıb.

Təqsirkar olan erməni əsgər barədə hərbi hissə komandanlığının nəzarətinə verilməsinə dair qərar qəbul edilib və araşdırma davam edir.

Maraqlıdır ki, Argişti Hakobyanı yaralayan hərbi qulluqçuya qarşı diqqətsiz atəş nəticəsində ağır yaralanmaya səbəb olma ittihamı irəli sürülsə də, o nə həbs edilib, nə də saxlanılıb, yalnız hərbi hissə komandanlığının nəzarətinə verilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Yaralı  


Bizi "telegram"da izləyin