Erməni hərbi qulluqçuya qarşı ittiham irəli sürülüb - Əsgər yoldaşını güllələdi

2019/01/15377-1547728609.jpg
Oxunub: 29480     16:35     17 Yanvar 2019    
Silahla davranış qaydalarını pozduğuna görə erməni hərbi qulluqçuya qarşı ittiham irəli sürülüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2018-ci il dekabrın 13-də saat 10:30 radələrində Ermənistan Müdafiə Nazirliyinə məxsus “N” nömrəli hərbi hissənin mühafizə zolağındakı döyüş mövqeyində müşahidəçi olarkən naməlum şəraitdə müddətli xidmət hərbi qulluqçusu, əsgər A.Hakobyan qarın nahiyyəsindən odlu silah yarası alıb.

Fakt üzrə Ermənistan hüquq mühafizə orqanları tərəfindən qanunvericiliyə müvafiq olaraq cinayət işi açılıb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, A.Hakobyan əsgər yoldaşı müddətli xidmət hərbi qulluqçusu əsgər H.M tərəfindən silahla davranış qaydalarının pozulması nəticəsində açılan atəşlə yaralanıb.

Ermənistan prokurorluq orqanlarından verilən məlumata görə, əldə edilən kifayət qədər sübutlar əsasında müddətli xidmət hərbi qulluqçusu əsgər H.M-yə qarşı ittiham irəli sürülüb. Ona qarşı həbs-qəti imkan tədbiri olaraq, hərbi hissə komandanlığının nəzarətinə verilməsi barədə qərar verilib.

Cinayət işi üzrə araşdırma davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Güllələnmə  


Bizi "telegram"da izləyin