Ermənistanda hərbi komissarlıqların səlahiyyəti yerli özünüidarəetmə orqanlarına verilir?

2019/01/getty-1547726554.jpg
Oxunub: 8491     16:00     17 Yanvar 2019    
Bu gün Ermənistan parlamentində müzakirə edilən məsələrdən biri də hərbi komissarlıqların işinin təşkili olub.

Ordu.az xəbər verir ki, “İşıqlı Ermənistan” fraksiyasının deputatı Sarkis Aleksanyan hərbi xidmətə çağırışla bağlı problemlərə toxunaraq, hərbi komissarlıqların sayının 4 dəfəyədək ixtisar edildiyini və bu səlahiyyətlərin yerli özünüidarəetmə orqanlarına veriləcəyi barədə məlumata malik olduğunu deyib.

"Bu doğrudan da dəqiq məlumatdır?" deyə Aleksanyan sual verib.

Andranik Koçaryan isə hərbi komissarlar bir məqamda zənginləşməyə başladıqda xalqın baş ağrısına çevrildilər, onlar həmçinin çağırış hesabına varlanırdılar deyə cavab verib.

Aleksanyan, həmçinin son zamanlar yenidən təşkil edilən əsirlərin dəyişdirilməsi komissiyasına da toxunaraq, komissiya üzvlərinin namizədliyinin hansı meyarlar əsasında irəli sürülməsi ilə də maraqlanıb.

Lakin bu barədə müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Koçaryan cavab verməyib.

Qeyd edək ki, “Mənim Adımım” fraksiyası müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri vəzifəsinə Andranik Koçaryanın namizədliyini irəli sürüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbi-komissarlıqlar  


Bizi "telegram"da izləyin