Ordu.az xəbər verir ki, məsələ ilə bağlı "Araçin Lradvakan" nəşri Lavrovun addımlarının məyusluğa səbəb olacağını və erməni xalqının güzəştlərə hazır olmadığını qeyd edib.
"Əgər Lavrov irəliləyiş prosesini öz məlum planı mühitində düşünürsə, yəni erməni tərəfinin ərazi güzəştini Azərbaycanın isə praktiki olaraq heç nə verməyəcəyini düşünürsə, bu zaman Rusiya Xarici İşlər nazirliyini məyusluq gözləyir. Serj Sarkisyanın razılıq verdiyi və daha sonra özünün qeyri-legitimliyinə əsaslanaraq imtina etdiyi razılaşmadan söhbət gedirsə və əgər yüksək legitimliyə malik olan hakimiyyətin bu addımı atacağını gözləyirsə, yenə də Lavrovu məyusluq gözləyir. Nəhayət, keçən illər ərzində ATƏT-in Minsk qrupunun həmsədr vasitəçiləri, o cümlədən, Rusiya dərk etməli idi ki, Ermənistanda Qarabağ məsələsinin bu və ya digər variantı təmamilə hakimiyyətin legitim olub-olmamasından asılı deyil. Erməni xalqı ərazi güzəştinə hazır deyil.
Bu barədə İrəvanda səlahiyyətlərini başa vuran ABŞ səfiri Mils bəyənatında qeyd edib ki, 25 il ərzində bu istiqamətdə yalnış təəssürat formalaşıb. Lavrov və ya Rusiyanın mövqeyi fərqlidir, yəni Lavrov bu, yoxsa öz köhnə planı sahəsində irəliləyiş gözləyir? Əgər Bakı münaqişənin həll edilməsinin axtarışı çərçivəsində hərbi əməliyyatları istisna edən hər hansı beynəlxalq sənədin altına imza etməyə hazırdırsa, əlbəttə, bu dəstəyə layiqdir və İrəvan mütləq buna qarşılıqlı cavab verməlidir. Yox əgər söhbət başqa şeydən indiyədək olan nizamlanma təəssüratından gedirsə, əlbəttə, Bakının fəaliyyəti münaqişənin siyasi yolla həll olunmasını dalana dirəməklə hərbi yola əl atmaqdan ibarətdir. Lavrov müharibəyə dəstək verməyə hazırlaşır? Bu baxımdan hələ keçən il Ermənistan Baş naziri Paşinyan özünün idarəetməsinin 100 günlüyü ilə əlaqədar keçirdiyi mətbuat konfransında Rusiyanın rolu məsələsinə dəqiq reaksiya verərək bildirdi ki, əgər Rusiya istəməsə müharibə baş verməyəcək. Cavabdehlik məsələsi dəqiqləşib, hazırda Rusiya üçün birmənalı olmalıdır ki, Azərbaycan hər hansı aqressiyaya, hər hansı miqyasda əl atacağı halda Ermənistan cəmiyyəti aprel təcrübəsinə əsaslanaraq, bunu Rusiyanın aqressiyası, Rusiyanın icazəsi ilə baş verən aqressiya kimi dəyərləndirəcək", - deyə nəşr Rusiya XİN-in açıqlamasına sərt reaksiya verib.
Qeyd edək ki, bununla da nəşr Ermənistanın kompromislərə hazır olmadığını, status-kvonu qoruyub-saxlamağa çalışdığını təsdiq edib.
Alpər Mövludoğlu
Ordu.az