Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ilkin istintaq orqanı Seyran Ohanyana əsasən 0038 nömrəli məxfi əmrlə bağlı suallar ünvanlayıb. Xüsusi istintaq xidmətinin ilkin istintaq orqanı Seyran Ohanyanın verdiyi izahata qane olub.
Bildirilib ki, 2008-ci ilin 1 mart hadisələri zamanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini tutan Seyran Ohanyan elə bir izahat verib ki, bu, ilkin istintaq orqanı tərəfindən işin gələcəkdə müsbət istiqamətdə araşdırılmasını təmin etməyə yardım edəcək.
Alpər Mövludoğlu
Ordu.az