“İran Azərbaycanla hərbi əlaqələri inkişaf etdirməyə çalışır” - EKSKLÜZİV

2019/01/63a90-1547703950.jpg
Oxunub: 10957     09:44     17 Yanvar 2019    
“Bu, general Məhəmməd Bagerinin İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi kimi qonşu Azərbaycana ilk səfəridir. Onun Bakıya səfəri ötən ilin payızında gözlənilirdi, lakin o zaman görüş təxirə salındı”.

Bu barədə Ordu.az-a rusiyalı hərbi ekspert, İran Silahlı Qüvvələri üzrə mütəxəssis Yuri Lyamin, İİR SQ-nin Baş Qərargah rəisi Məhəmməd Bagerinin Azərbaycana səfərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, səfərin əhəmiyyəti barədə danışarkən Silahlı Qüvvələrin Baş Qərargahının İrandakı xüsusi rolunu qeyd etmək lazımdır.

“İran Silahlı Qüvvələrinin İslam İnqilabı Keşikçiləri Korpusuna və Orduya bölünməsi ilə əlaqədar, Silahlı Qüvvələrin Baş Qərargahı həm yüksək hərbi idarəetmə orqanının rəhbərliyinin, həm də İİKK və Ordu fəaliyyətlərinin əlaqələndiricisi rolunu oynayır. Müvafiq olaraq İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbəri faktiki olaraq hərbi iyerarxiyada ən yüksək mövqe tutur, ondan yüksəkdə yalnız birbaşa Ali Baş Komandan - İranın Ali Dini Rəhbəri Ayətullah Əli Xameneyi dayanır.

Hesab edirəm ki, general Bagerinin Azərbaycana səfəri iki qonşu ölkə arasında hərbi əlaqələrin daha da inkişafına xidmət edəcək. İran Cənubi Qafqaz ölkələri ilə yaxşı qonşuluq münasibətləri qurmağa çalışır, hazırda Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanınından gələn təhdid və təzyiqlər qarşısında Tehrana bu istiqamətdə sakitçilik olması daha arzuolunandır”, - deyə Lyamin vurğulayıb.


Bəhram Batıyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan   Hərbi-əməkdaşlıq  


Bizi "telegram"da izləyin