İran Silahlı Qüvvələrinin BQ rəisi Azərbaycana gəlib

2019/01/45645-1547620434.jpg
Oxunub: 31571     10:33     16 Yanvar 2019    
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin Azərbaycana səfəri başlayıb.

Ordu.az xəbər verir ki, səfər çərçivəsində onun Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və başqa rəsmilərlə görüşü gözlənilir.

Görüşlərdə hərbi və hərbi texniki əməkdaşlığın inkişafı, terrorçuluğa qarşı mübarizə və regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Səfərin yekununda iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq üzrə anlaşma memorandumunun imzalanması gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   BQ-rəisi  


Bizi "telegram"da izləyin