Erməni politoloqlar: "Erməni tərəfi daima rus tərəfinə qurban gedir"

2019/01/hd-6c-4642676106.jpg
Oxunub: 13203     18:08     15 Yanvar 2019    
"Son 4-5 ilin problemləri bunlardır və erməni tərəfi daima rus tərəfinə qurban gedir".

Ordu.az-ın daha öncə xəbər verdiyi kimi, yanvarın 12-də Gümrüdə yerləşən 102-ci rus hərbi bazasının qarşısında etiraz aksiyası keçirilib.

Etiraz aksiyasının keçirilməsinə səbəb Permyakov tərəfindən Avetisyanlar ailəsinin öldürülməsinin dördüncü ildönümü və son zamanlar yenə də rus hərbi bazasının hərbi qulluqçusu tərəfindən döyülərək öldürülən Gümrü sakini ilə bağlı olub. Etiraz aksiyasını Ermənistanın Avropa partiyası təşkil edib. Etiraz aksiyasında bir çox hüquq müdafiəçisi və ictimai xadimlər iştirak edib. Aksiya iştirakçıları hərbi bazada nizam-intizam yaratmağı və rus qoşunlarını Ermənistandan çıxarmağı tələb ediblər.

Ermənistanın yeni hakimiyyəti və yeni təşkil edilən parlament hərbi bazanın fəaliyyəti, müqavilələrə yenidən baxılması tələbini qoymalıdır ya yox? Bu barədə siyasətçilərin fikirləri müxtəlifdir.


Siyasətçi Saro Saroyan hesab edir ki, 102-ci hərbi bazanın fəaliyyətinə yenidən baxılması üçün siyasi qərar verilməsi zəruridir. Onun fikrincə hərbi bazanın fəaliyyəti ilə bağlı müqavilələrdə müəyyən problemlər var və ayrı-ayrı məqamlarda Ermənistanın maraqlarını tapdalayan bəndlər var.

"Bunlar əlbəttə dəyişdirilməlidir. Əsas məsələ bazanın fəaliyyətində deyil. Əslində müqavilədə siyasi qüvvələrin, hakimiyyət-müxalifət düşərgəsinin ictimai sektorun, bütün dövlət orqanlarının, o cümlədən, prezidentin fikri bazanın fəaliyyəti ilə bağlı müqavilələrdə öz əksini tapmalıdır. Hərbi bazanın fəaliyyəti ilə bağlı hüquqi bazada da müəyyən çatışmazlıqlar var, Ermənistan daim bu problemlə üzləşir. Bunun həlli ya müvəqqəti həyata keçirilir, ya da ümumiyyətlə həyata keçirilməsi mümkün olmur. Çünki müqavilədə bəzi məqamlar var ki, bizim hakimiyyət orqanları buna əsaslanaraq fərqli mövqe nümayiş etdirə bilmir", - deyə o qeyd edib.

Saroyanın fikrincə, Rusiya tərəfi dərk etməlidir ki onların Rusiya Konstitusiyasına əsaslanması erməni tərəfini qətiyyən maraqlandırmır.

"Hərbi baza ilə bağlı problemlər çoxdur və bununla bağlı erməni tərəfinin yanaşmaları dəyişməlidir. Yeni yaradılan Ermənistan parlamenti nə dərəcədə səlahiyyətlidir və bu yükün altından çıxa biləcəkmi, hələlik məlum deyil. Əgər bunu bacarmazsa biz də öz müvafiq dəyərləndirməmizi verməliyik," - deyə o əlavə edib.

Gümrüdən olan digər siyasətçi Qaqik Hambaryanın fikrincə isə bazanın fəaliyyəti ilə bağlı müqavilələri dəyişmək lazım deyil, yalnız vaxtı ilə imzalanmış müqavilələri erməni və rus tərəfi həyata keçirməlidir.


O qeyd edib ki, son 4-5 ilin problemləri bunlardır və erməni tərəfi daima rus tərəfinə qurban gedir.

"Çox vaxt 102-ci hərbi bazanın müqavilələrində olan bəndlər icra lehinə olaraq, həyata keçirilmir. Məsələn mövcud bəndlərdən birinə əsasən Ermənistan ərazisində cinayət törətmiş rus hərbi qulluqçular Ermənistan ərazisində cəza çəkməlidir və gələcəkdə məhkəmə prosesi Ermənistan qanunvericiliyinə müvafiq olaraq həyata keçirilməlidir. Lakin sual yaranır, Ermənistanda cinayət törədən hər hansı rus hərbi qulluqçu Ermənistan türmələrində cəza çəkibmi?

Bu həm Koçaryan, həm Serj Sarkisyan hakimiyyəti dövrlərinə, həmçinin dekabr ayında baş verən cinayətə aiddir", - deyə o əslində heç nəyin dəyişmədiyinə işarə edib.

Hambaryan hesab edir ki, müqavilələr normal tərtib olunub, qara ilə ağ kağız üzərində hər şey aydın yazılıb, yalnız həyata keçirmək lazımdır: "Müqavilələrə ümumiyyətlə hər iki tərəfdən əməl olunmur. Məhz bu məsələyə əməl etmək lazımdır. Təşkil olunan ictimai narazılıq yoxsul olub, çünki rus qoşunlarının Ermənistandan çıxarılması məsələsini ictimaiyyət qəbul etməyib. Əgər məsələn, əldə edilən razılaşmalara hörmət edilməlidir şüarı səsləndirilsəydi, etiraz aksiyalarında daha çox insan iştirak edərdi. Lakin kəskin tələb qoyulduğuna və ictimaiyyət tərəfindən qəbul olunmadığına görə etiraz aksiyası gördüyünüz səviyyədə baş tutub".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   102-baza  


Bizi "telegram"da izləyin