İrəvanın dilemması: Status-kvonu qorumaq, yoxsa əraziləri qaytarmaq?

2019/01/maxre-1547556721.jpg
Oxunub: 32457     16:28     15 Yanvar 2019    
“Paşinyan Xankəndində daha çox nəzarətə sahib olmaq istəyir. O, Xankəndindən gələn istənilən hər hansı etirazı potensial çağırış kimi qəbul edir. 2019-cu ildə bu məsələ Ermənistan hakimiyyəti üçün prioritetlər sırasında olacaq. 2018-ci ildə Cənubi Qafqazda müxtəlif əhəmiyyətli hadisələr baş verib”.

Ordu.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Humanitar Universitetinin bölgə və xarici siyasət kafedrasının dosenti, beynəlxalq məsələlər üzrə Rusiya şurasının və “Qorçakov” fondunun eksperti Sergey Markedonov bölgədəki prosesləri nəticələrinə uyğun olaraq xarakterizə edərkən bildirib.


O, 2018-ci ili aşağıdakı kimi xarakterizə edib:

2018-ci ildə Ermənistanda “Məxməri inqilab” nəticəsində Nikol Paşinyan hakimiyyətə gəldi. Dünənki müxalifət bu gün hökumətə rəhbərlik edir. Bundan bir az əvvəl Ermənistanın yeni prezidenti Armen Sarkisyan seçilib. Bu gün Ermənistanda prezidentin elə də böyük səlahiyyətlərinin olmamasına baxmayaraq, yeni komandanın hakimiyyətə gəlməsinin ağır məqamlarında onun vasitəçilik səyləri çox qiymətləndirilib. Azərbaycanda və Gürcüstanda prezident seçkiləri keçirilib. İlham Əliyevin qalib gəlməsi sürpriz olmasa da “gürcü arzuları”nın dəstəyini alaraq Salome Zurabişvili növbədənkənar seçkilərin ikinci mərhələsində qələbə qazanıb və səsvermənin sonuna qədər intriqa davam edib. Bölgənin coğrafi siyasi mühitinə baxmayaraq, ciddi dəyişiklik baş verməyib. Bütün risklər qalmaqdadır.

Yaxın Şərqdə gərginliyin artması, Vaşinqtonla Moskva və Tehranın münasibətlərinin pozulması fonunda ABŞ-ın bölgədəki varlığı kifayət qədər fəallaşıb. Əvvəl də olduğu kimi ən təhlükəli nöqtə Qarabağ və Ermənistan-Azərbaycan sərhəddi olaraq qalır. Bu gün Nikol Paşinyan, Salome Zurabişvili və Bidzina İvanişvili, həmçinin İlham Əliyev qələbəni qeyd edə və gələcəklə bağlı optimist layihələr qura bilərlər. Lakin bu gələcək problemlərin həll edilməsini və kəskin çağırışlara müqavimət göstərməyi tələb edir.

Ermənistan, Paşinyan üçün test

2018-ci ilin dekabr ayında növbədənkənar parlament seçkiləri nəticəsində Nikol Paşinyanın hərakatı müstəsna dəstək qazandı. Paşinyanın istənilən statusu ola bilər, ancaq hamıya bəllidir ki, Ermənistanda başqa heç kim bir nömrəli siyasi xadim deyil. Bu, onun üçün yeni imkanlar və təhlükəli qığılcımlar yarada bilər. 2019-cu ildə Paşinyan siyasi arenada onun peyda olunmasının təsadüfi olmadığını, bir saatlıq xəlifə yox, ciddi dövlət xadimi olduğunu, ölkədə idarəetmə sistemində dəyişikliklər həyata keçirməyə qadir olduğunu sübut etməlidir. Əgər yeni komanda daxili və xarici siyasətdə səhvlərə yol verərsə, ona qarşı narazılıq artacaq. Paşinyanın idarəetmə komandasını yalnız tərəddüdlə yeni adlandırmaq mümkündür.

“Məxməri inqilab”a qədər karyera qurmuş lakin öz gələcəklərini Paşinyanla bağlayan bürokratiya kadrları da yeni hakimiyyətin sıralarında özünə yer tapıb. Ehtimal olunur ki, “Mənim addımım” ittifaqının lideri üçün 2019-cu ilin ən kəskin məsələsi monopoliyanın aradan qaldırılması və korrupsiyaya qarşı mübarizə haqqında yaxşı arzular ifadə etmək deyil, dəqiq iqtisadi layihələrin formalaşdırılmasından ibarət olacaq. Onun üçün savadlı xarici siyasətin formalaşdırılması illərdir həll edilməmiş münaqişənin həll edilməsində ölkənin cəlbedilməsi şəraitində Qarabağla qarşılıqlı münasibətlər həddindən artıq vacib olacaq. Qarabağda baş verən istefalar təsadüfi deyil. Paşinyan Xankəndində daha çox nəzarətə sahib olmaq istəyir. Xankəndindən daxil olan istənilən narazılığı o, potensial çağırış kimi qəbul edir.

2019-cu ildə bu məsələnin Ermənistan hakimiyyəti üçün prioritetlər sırasında olacağı istisna edilmir. Parlament idarəetməsinin mürəkkəbliyi ilə rastlaşaraq Paşinyanın konstitusiya dəyişikliyinə gedəcəyi istisna edilmir. Əgər problemlər çoxalarsa, ehtiyat variantıdır. Bu mövzu ilə bağlı zəruri kəlmələri artıq o, öz ağzından deyib. Əgər ilin əvvəlində heç kim bunun varlığını Paşinyanla müqayisə edə bilmirdisə, o zaman Robert Köçəryanın siyasi xəttinə diqqət yetirməyə dəyərdi. 1 mart işi ictimaiyyətin diqqətini Ermənistanın ikinci prezidentinin üzərinə çevirdi. Təbliğat baxımından keçmiş prezident hələlik həddindən artıq addımlar atmayıb. Yeni komandanın problemlərinin artması ilə yanaşı, kölgədə qalanlar öz rolunu oynamaqla əslində Paşinyanın əsas rəqibinə əlavə dəstək vermiş olacaq.

Azərbaycan. Qapalı ictimai siyasət və Qarabağ imtahanı

Azərbaycan elitanın dəyişdirilməsi üzrə mürəkkəb mərhələyə keçir və ölkənin lideri üçün əhəmiyyətli dərəcədə vacibdir ki, “cilalama” prosesi nöqsansız həyata keçirilsin. Qarabağ imtahanı Azərbaycan mövzusunda xatırladılır, lakin bu Ermənistan üçün də eyni dərəcədə vacib məsələdir. Fərq burasındadır ki, Ermənistan mövcud status kvonun əleyhinə deyil. Lakin Bakı bunu öz xeyrinə dəyişməyə çalışır. Uğurlar barəsində bəyanatlar çoxdur. Xüsusilə hərbi büdcə artır, hərbi texniki sənaye inkişaf edir, bu işə yeni ölkələr, o cümlədən, KTMT-yə üzv ölkələr cəlb olunur. Bakı özünü zərərçəkən tərəf hesab edir və məğlubiyyətlərə görə kompensasiya tələb edir. Mövcud nailiyyətləri, illərlə yaradılmış sabitlik status-kvosunu aradan qaldırmaq üçün təhlükəyə atmaq, yoxsa olmaya biləcək uyğun anı gözləmək?

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Bakı  


Bizi "telegram"da izləyin