ABŞ-ın maraqları Moskvanı Bakı ilə müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməyə yönəldir – EKSKLÜZİV

2019/01/15357-6190214428.jpg
Oxunub: 23369     15:43     15 Yanvar 2019    
"Moskvanın İrəvan ilə münasibətlərindən asılı olmayaraq, Rusiya-Azərbaycan münasibətlərinin potensialını (təhlükəsizlik sahəsi də daxil olmaqla) gücləndirən bir sıra amillər mövcuddur. Hazırkı vəziyyətdə, hətta rus-erməni narazılıqlarının minimallaşdırılması, Moskva ilə Bakı arasında təhlükəsizlik sahəsində hərbi-texniki əməkdaşlığı və qarşılıqlı əlaqəni məhdudlaşdırmağa səbəb ola bilməz".

Ordu.az Rusiyanın tanınmış politoloqu, Siyasi və İqtisadi Kommunikasiya Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov ilə müsahibəni təqdim edir:

- Hazırda Moskvanın Cənubi Qafqazdakı forpostu olan Ermənistanla münasibətləri ürəkaçan deyil. Bu vəziyyətdə Rusiya ilə Azərbaycan arasında, mövcud hərbi-texniki əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?

- Rusiyanın Azərbaycanla müdafiə və hərbi-texniki əməkdaşlığın inkişafı üçün bir sıra səbəbləri mövcuddur. Eyni zamanda ABŞ tərəfindən də Bakıya analoji maraq göstərilir. Təsadüfi deyil ki, ABŞ-ın Bakıdakı səfiri İrli Litsenberqerin fəaliyyətinin bir hissəsi müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı (məsələn, NATO-da ABŞ missiyasının başçısı, NATO-nun Kabildə baş katibin müavini, Dövlət Departamentinin siyasi-hərbi məsələlər bürosunun baş məsləhətçisi və s.) olub.


Bundan başqa, Moskvanın Xəzər regionuna diqqəti artıqca, Kreml üçün Azərbaycanla əlaqələrin əhəmiyyəti də artır. 2016-cı ilin avqustunda Azərbaycana səfəri zamanı Rusiya Müdafiə naziri Sergey Şoyqunun müzakirə etdiyi mövzulardan birinin də Xəzərdə müdafiə sahəsində əməkdaşlıqdan ibarət olduğunu xatırlamaq lazımdır. Beləliklə, Moskvanın İrəvan ilə münasibətlərindən asılı olmayaraq, Rusiya-Azərbaycan münasibətlərinin potensialını (təhlükəsizlik sahəsi də daxil olmaqla) gücləndirən bir sıra amillər mövcuddur. Hazırkı vəziyyətdə, hətta rus-erməni narazılıqlarının minimallaşdırılması, Moskva ilə Bakı arasında təhlükəsizlik sahəsində hərbi-texniki əməkdaşlığı və qarşılıqlı əlaqəni məhdudlaşdırmağa səbəb ola bilməz.

Digər bir məsələ Moskva ilə İrəvan arasındakı əlaqələrdəki çətinliklər nə qədər azalsa, sonuncu Rusiyanın İrəvana qarşı hərbi-texniki əməkdaşlığı istiqamətində onun simmetrik addımlarına bir o qədər çox ümid edə biləcək. Rusiya-Ermənistan münasibətlərinin mövcud və ya daha böyük miqyasda olan çətinlikləri Moskva və İrəvanın hərbi-texniki əməkdaşlığının ləğvinə gətirib çıxarmayacaq (regionda qüvvələr balansının saxlanılması Rusiyanın praqmatik maraqlarına əsaslanır), lakin bu sahədə qərarların qəbul edilməsində gecikmələrə tam səbəb ola bilər.

Nikol Paşinyan olduqça ehtiyatlı bir siyasətçidir, Ermənistanda ən mühüm seçki kampaniyalarının başa çatması (2018-ci ilin sentyabrında İrəvan meriyası və dekabr ayında parlament) onun daxili siyasi dayaqlarını gücləndirdi və xarici siyasət məsələlərində bir qədər riskli taktikadan istifadə etməsinə imkan verdi. Lakin belə taktika istifadə edilən halda Ermənistanın xarici-siyasi riskləri artır. Əgər Nikol Paşinyanın komandası 2019-cu ildə KTMT-yə və ya konkret Rusiya ilə münasibətlərə təsir göstərən riskli addımlar atarsa, bunlara cavab olaraq, İrəvan üçün vacib olan hərbi-texniki sahədə və təhlükəsizlik məsələlərində Moskva ilə danışıqlar uzana bilər.

- Paşinyan tərəfindən seçilən Qərb istiqamətli kurs nəzərə alınarsa, Moskvanın bütövlükdə Azərbaycana hədəflənən silahlarla təminat prioritetlərini yenidən nəzərdən keçirməsi mümkündürmü? Bundan əlavə, Bakı "nəğd" pul ödəyir, İrəvan isə daim imtiyazlı şərtlərdən və kreditlərdən faydalanır.

- Paşinyanın xarici siyasət kursunu qiymətləndirərkən, vacib aspektini unutmamaq lazımdı. Tarixən, bir ölkənin rəhbərliyi potensial ortağına doğru bir neçə addımlar atsa da, qarşılıqlı simmetrik dəstəyi görməməsi kimi çoxlu nümunələr mövcuddur. Lakin, Ermənistanın hazırkı Baş naziri, mühakimə edilə biləcəyi qədər, belə bir "bir qapılı oyuna" getməmək üçün kifayət qədər rasionaldır. Bununla yanaşı, aparıcı qərb nəhəngləri Ermənistanı, Serj Sarkisyanın hakimiyyət dövründəkinə nisbətən daha çox fərqli qərbyönümlü kursa yönləndirmək üçün heç bir xüsusi təkliflər irəli sürmürlər.

Buna görə də, Ermənistanın xarici siyasətində "polis geri dönməsi" haqqında danışmaq üçün heç bir səbəb yoxdur. Çoxları Gürcüstanda keçirilən, NATO-nun "Layiqli Tərəfdaş-2018" təlimlərində Ermənistanın iştirak etdiyi haqda danışdı. Lakin, Ermənistan hərbiçiləri "Noble Partner-2017" təlimlərində də iştirak etmişdilər. Və onda vəzifədə olan ölkənin Müdafiə naziri Vigen Sarkisyan, Alyansla əməkdaşlığın "hərbi təhsildə, hərbi tibbdə və sülhməramlı fəaliyyətdə maraq doğurduğunu" açıqca deyirdi.


Əlbəttə ki, 2018-ci ilin oktyabrında Nikol Paşiyan Birləşmiş Ştatlardan silah təchizatı məsələsində "əgər bizim üçün əlverişli bir təklif varsa, müzakirə edəcəyik" deyə qeyd etmişdi. Daha sonra (Ermənistan mediası da daxil olmaqla) Vaşinqtonun yeni rus-erməni hərbi müqavilələrinə mane olmaq cəhdi haqqında söz-söhbətlər yayıldı. Lakin hələ Amerika Birləşmiş Ştatlarının Ermənistan üçün "sərfəli təkliflərə" ciddi resurslar sərf etməyə hazır olduğunu söyləmək tezdir. Buna görə də Moskva ilə İrəvan arasında hərbi-texniki əməkdaşlığın azalması yaxın zamanlarda baş verməyəcək. Bu da həmin sahədə Moskva ilə Bakı arasında əməkdaşlığın mümkün genişləndirilməsinə mane olmur.

- Son vaxtlar KTMT-də Ermənistan getdikcə daha kəskin tənqidlərə məruz qalır. Ermənistanda KTMT-ni tərk etmək üçün hətta təkliflər də səslənir. Bu atdımın atılması nə qədər mümkündür?

- İndi blokun yeni baş katibinin seçilməsi məsələsinin Ermənistanın KTMT-dən çıxarılmasına gətirib çıxara biləcəyinə inanmaq üçün əsaslı səbəblər yoxdur. Beynəlxalq təşkilatlardakı vəzifələrə dair mübahisələr ən sadə vətəndaşlar üçün olduqca mücərrəd bir mövzudur, çünki İrəvanın bu mövzuda geri addım atması Paşinyanın daxili siyasi arenada mövqeyini ciddi şəkildə zədələdi. Üstəlik, Ermənistanın Baş naziri özü bu məsələ ilə bağlı gözlənilməz xəyallar yaratmadı, blokun gələcək baş katibi namizədliyinə dair danışıqların gedişatı ilə bağlı bəyanatları mümkün qədər obyektiv (məsələn, "biz edə biləcəyimiz qədər də digərlərindən gözləyirik) idi. Bundan başqa, köhnə səlahiyyətli məmurların mühakimə olunması, bir qayda olaraq, əhalidə beynəlxalq quruluşlarda aparat zəfərlərindən daha çox razılıq hissi oyadır - əbəs yerə Ermənistanda yeni il Seyran Ohanyanın ittihamı ilə başlamadı.

2008-ci ilin mart hadisələrinin İrəvandakı növbəti epizodlar, uzun müddətdir ki, davam edən KTMT Baş katibinin seçkiləri ətrafında olan "seriladan" erməni ictimaiyyətinin diqqətini özünə daha çox cəlb edə bilər, çünki vətəndaşlar bu mövzuya böyük maraq ilə yanaşırlar. İrəvanın təşkilatdan ayrılmasının isə heç bir strateji səbəbi yoxdur, çünki hələlik heç kim ciddi şəkildə Ermənistana alternativ hərbi-siyasi "çətir" təklif etmir.


Eyni zamanda, Azərbaycanın yaxın gələcəkdə KTMT-yə üzv olması gözlənilmir. Lakin vaxtaşırı Moskva və Bakının belə bir fürsətin olmasını yada salması obyektiv olaraq faydalıdır. Beləliklə, əgər Moskva Azərbaycanın bu bloka daxil olmasını həqiqətən lobbiləşdirirsə, bu, əlbəttə ki, onu İrəvan ilə çətin danışıqlar aparmağa məcbur edəcək. Lakin bu mövzu rəsmi şəxslər tərəfindən şayiələr və rəylər səviyyəsində qaldığından, bu mövzu əksinə, Moskvanın Ermənistan ilə olan digər məsələlərlə bağlı danışıqlarda mövqeyini möhkəmləndirir və Azərbaycanla KTMT arasında yaxınlaşma perspektivləri İrəvanda əlavə narahatlıq yaradır.

- Son illərdə, Rusiya Qarabağ məsələsində ATƏT-in Minsk qrupunun həmsədri kimi, əsas oyunçuya çevrilib. Paşinyanın hakimiyyətə gəlməsi ilə ABŞ-ın bu münaqişədə öz rolunu gücləndirməsi və Rusiyadan əsas aktyor rolunu götürməyə çalışması mümkündürmü?

- Unutmayaq ki, danışıqlarda ən aktiv vasitəçi, siyası xalları qazanmaqla yanaşı həm də oxşar proses ilə bağlı siyasi xərcləri də öz üzərinə götürür. Üstəlik, yaxın gələcəkdə, 2020-ci ildə ABŞ-da prezidentlik kampaniyası start götürəcək və onların ehtiyacları Tramp administrasiyası tərəfindən daha çox diqqətdə saxlanılacaq.

Çox güman ki, 2019-cu ildə ABŞ rəsmiləri vaxtaşırı danışıqlar prosesində Vaşinqtonun daha fəal rol oynaya biləcəyi barədə münaqişənin tərəfləri üçün yüksək gözləntilərə dair bəyanatlar verəcəklər. Lakin Amerika tərəfinin həqiqətən geniş miqyaslı vasitəçilik fəaliyyətinə bu il başlamasına şübhə ilə yanaşılır.

Fərid Teymurxanlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin