MSN-in Mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin və birlik, müəssisələrinin rəhbərlərindən ibarət geniş tərkibdə nümayəndə heyəti, Türkiyənin “Aselsan”, “Roketsan”, “Ayesaş”, “TAİ”, “Çukurova” və digər qabaqcıl müdafiə sənayesi şirkətlərinin rəhbərləri iştirak edirdi.
Görüş zamanı Türkiyənin təmsil olunan şirkətlərinin fəaliyyətləri ilə bağlı təqdimatlar keçirildi.
Tədbirdə Azərbaycan ilə Türkiyə arasındakı müdafiə sənayesi üzrə mövcud əməkdaşlıqdan məmnunluq ifadə olundu və bir sıra yeni əməkdaşlıq layihələrinin icrası ilə bağlı qarşılıqlı razılıqlar əldə edildi.
Sonda iclasın yekununa dair protokol imzalandı.
Səfər çərçivəsində nümayəndə heyətini Türkiyənin müdafiə sənayesi başkanı İsmayıl Dəmir qəbul etdi.
Ordu.az