Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan Müdafiə nazirliyinin mərkəzi çağırış məntəqəsinə jurnalistlərlə görüşü zamanı Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Artak Davtyan bildirib.
"Qaydalara əsasən biz hamını orduya çağırırıq. Əgər hərbi xidmətdən azad edilirlərsə, demək qanuna əsasən azad olunurlar. Mən hər hansı məmurun övladının orduya gedib, getmədiyi barədə maraqlanmıram. Bu mənim nəyimə lazımdır? Əgər püşk atmada iştirak edirsə, hərbi xidmətə gedirlərsə, xüsusilə də Baş nazirin, Müdafiə nazirinin övladları Silahlı Qüvvələrdə xidmət edirsə, hər hansı bir şəxsə üstünlük vermiriksə, nə üçün kiminsə övladı barədə maraqlanmalıyıq?", deyə Davtyan verilən sualdan yayınıb.
Alpər Mövludoğlu
Ordu.az