"Rusiya-ABŞ razılaşmasında Qarabağ münaqişəsinin həlli mühüm yer tutur" - Qazinyan

2018/12/56756-1545835271.jpg
Oxunub: 3363     20:31     26 Dekabr 2018    
"Qarabağ münaqişəsinin nizamlanması məsələsində sürətli irəliləyişlər gözlənilir".

Ordu.az xəbər verir ki, bu sözləri Ermənistanda Avropa araşdırmaları mərkəzinin rəhbəri, politoloq Artur Qazinyan öz "Facebook" səhifəsində yazıb.

"ABŞ Suriyadan qoşunlarını geri çəkir, ABŞ Müdafiə naziri istefa ərizəsini təqdim edib. Demək olar ki, Suriyada İranın rolunu məhdudlaşdırmaq üçün Rusiya ilə razılaşma var. ABŞ İran məsələsi ilə bağlı Rusiya ilə razılaşmadan qoşunlarını Suriyadan geri çəkməzdi, İsrail buna icazə verməzdi.

Qarabağ münaqişəsinin həlli bu böyük razılaşmada mühüm yer tutduğundan, Ermənistan üçün çox təhlükəlidir.

Göründüyü kimi, regionda ABŞ-Rusiya ümumi maraqlarının formalaşması gedir. Nəticədə, Qarabağın qarşılıqlı razılığı Ermənistanın status-kvonu qorumaq qabiliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Paşinyan hökuməti hadisələrin belə bir inkişafına və bu gündən etibarən Qarabağ münaqişəsinin həllində alternativ həll təklifini işləməyə hazır olmalıdır.

Qarşıdakı danışıqlarda Ermənistan nisbətən güclü və vahid şəkildə təmsil olunmalıdır".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   ABŞ-Rusiya  


Bizi "telegram"da izləyin