"Əfsuslar olsun ki, tarixən qeyri-sabit regionda yerləşən hər iki ölkəyə sabit və firavan gələcəyə ümidlə baxmağı, açıq qalan istənilən məsələləri və həll olunmamış münaqişələri nizamlamaq iqtidarında olmağı arzu edirəm və bu məsələdə biz sizi tam dəstəkləyirik".
Ordu.az xəbər verir ki, bunu Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Zaqrebdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib.
O, həll olunmamış münaqişələri nizamlamaq iqtidarında olmağı arzu etdiyini və Qarabağ münaqişəsində Azərbaycanı tam dəstəklədiklərini bildirib: Əlbəttə ki, biz hər iki ölkənin inkişafını arzu edirik. Əfsuslar olsun ki, tarixən qeyri-sabit regionda yerləşən hər iki ölkəyə sabit və firavan gələcəyə ümidlə baxmağı, açıq qalan istənilən məsələləri və həll olunmamış münaqişələri nizamlamaq iqtidarında olmağı arzu edirəm və bu məsələdə biz sizi tam dəstəkləyirik".
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Qarabağ
Xorvatiya-Azərbaycan