Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən işğal altında olan Ağdam rayonun Uzundərə adlanan sahəsində Qarabağda qanunsuz dislokasiya olunan Ermənistan ordusunun tank bölmələri tanklardan uzaq məsafəyə atış çalışmalarını yerinə yetiriblər.
Təlim çalışmaları taqımlar tərkibində icra edilib və müdafiə olunan atıcı bölmələrə dəstək atəşləri yerinə yetirilib.
Qeyd edək ki, dünən Qarabağda Ermənistan hərbi birləşmələrinin qanunsuz təlimlər keçirməsi barədə məlumat vermişdik.
Alpər Mövludoğlu
Ordu.az