Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sentyabrın 4-də Qarabağda dislokasiya olunan Ermənistan ordusunun qanunsuz bölmələri ixtisas toplanış məşqlərinə başlayıb.
Toplanış məşqlərinə mərkəzi tabeçilikdə olan qanunsuz hərbi hissələrin daşınan zenit raket komplekslərinin və pulemyot manqalarının komandirləri cəlb edilib.
Beş günlük toplanış məşqləri test üzrə məqbulların qəbul edilməsi ilə yekunlaşdırılacaq.
Alpər Mövludoğlu
Ordu.az