Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sentyabrın 2-də saat 21:00 radələrində Qarabağın şimal istiqamətində yerləşən hərbi hissələrdən birində, erməni hərbi qulluqçu 1996-cı il təvəllüdlü Vanik Artur Qevorqyan ölüb.
Onun hansı vəziyyətdə öldüyü müəyyən edilməsə də, ilkin məlumatlara görə o intihar edib.
Hadisənin detallarını öyrənmək üçün istintaq aparılır.
Alpər Mövludoğlu
Ordu.az