Ordu.az xəbər verir ki, hadisə yerinə xeyli sayda yanğınsöndürən, hərbi qulluqçular və xilasedicilər cəlb edilib.
Məlumatda bildirilir ki, yanğının güclü olması səbəbindən uzun müddət mədənlərə yaxınlaşmaq mümkün olmayıb. Yaralıların bəzilərinin Xankəndi xəstəxanasına təxliyə edildiyi bildirilir. Hələlik itkilər barədə rəsmi məlumat verilməyib.
O da məlum olub ki, yanğın tam söndürüldükdən və partlayışın fəsadları aradan qaldırıldıqdan sonra əraziyə qondarma rejim "rəhbərliyi"nin gəlişi gözlənilir.
Qeyd edək ki, ermənilər işğal etdikləri Kəlbəcər rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis və qızıl yatağının kəşfiyyat və istismarı məqsədi ilə 2003-cü ildən “Base Metals” adlı şirkət yaradıblar.
Ordu.az