Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bununla da “Lockheed” və “Fincantieri” birlikdə olmaqla sayca yeddinci “Freedom” sinfili sahil döyüş gəmisini çatdırmış oldu.
“USS Sioux” və “USS Wichita”nın bu ilin sonlarında istifadəyə verilməsi planlaşdırılır. ABŞ donanması isə bundan sonra daha iki eyni tipli gəmi əldə edəcək.
Qeyd edək ki, “Freedom” sinifli gəmilər 57 mm-lik Mk 110, iki ədəd 30 mm-lik “Bushmaster” topları və RIM-116 RAM raketləri ilə silahlanıb.
Ağalar Ağalarlı
Ordu.az