Rusiya ordunu dron əleyhinə silahla təchiz edəcək

2018/08/received_232437740764309_1535133180.jpeg
Oxunub: 1949     01:43     25 Avqust 2018    
Rusiya silahlı qüvvələrini “Avtomatika” şirkətinin istehsal etdiyi “Piscal” dron əleyhinə silahı ilə silahlandırmağı planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Avtomatika”nın sahibi olan “Rostec Corporation” firmasının mətbuat katibi bildirib.

Onun sözlərinə görə, 2019-cu ilin əvvəllərində ölkənin müxtəlif təhlükəsizlik strukturları sözügedən silahlarla təmin ediləcək.

Qeyd edək ki, “Pischal” dron əleyhinə silahı iyul ayında təşkil edilmiş sınaqlarda 20-dən çox hücumu dəf edərək öz xüsusiyyətlərini sübuta yetirib.

Rusiya mütəxəssisləri bu silahın dronlar tərəfindən istifadə olunan naviqasiya, “wi-fi” və GPS rabitəsini pozmağa qadir olduğunu düşünür.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rostec   Rusiya  


Bizi "telegram"da izləyin