Hərbi təyyarə avioniklər bazarı: 2018-2028

2018/08/received_2359292674298156_1535130407.jpeg
Oxunub: 1892     00:58     25 Avqust 2018    
Qlobal hərbi təyyarə avionikləri bazarı üzrə aparılan əhatəli analiz nəticəsində onun bu ilin sonuna olan dövriyyəsinin 23 milyard dollardan çox olacağı proqnozlaşdırılır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sahə üzrə əsas təkmilləşməkdə olan kompaniyanın “BAE Systems” olduğu ortaya çıxıb.

Onun yeni ərsəyə gətirdi “Sceptre” isimli sistemdə yeni qabaqcıl missiya planlaşdırma texnologiyasından istifadə olunub.

“BAE Systems”dən əlavə hərbi təyyarə avionikləri bazarının digər böyük firmaları “Lockheed Martin”, “Raytheon” və “Northrop Grumman” şirkətləridir.

Xüsusilə Birləşmiş Ştatlar, Rusiya, Çin, Avropa İttifaqı ölkələrin avioniklərə olan təlabatının artmasından dolayı bu bazarın qarşıdakı 10 il ərzində böyük sürətlə genişlənməsi təxmin edilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-təyyarə   Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin