Çin yeni mini atdım-unutdum silahını təqdim edib

2018/08/received_2128006964131937_1535125693.jpeg
Oxunub: 1572     23:50     24 Avqust 2018    
Çinin “Aerospace Science and Technology Corporation” firması özünün yeni kiçik ölçülü atdım-unutdum silahını təqdim edib.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, silahın nümayişi Rusiyada davam etməkdə olan “Army-2018” hərbi-texniki formunda baş tutub.

Təqdim olunan ləvazimat yüngül çəkili çiyindən atılan 60 mm-lik idarəounan silah sistemidir. O, kiçik görüş sistemləri ilə inteqrasiya edilib.

Silahın ağırlığı 4 kiloqramdır və yüksək partlayıcı gücə malik başlıqla təchiz edilib. Döyüş başlığının ağırlığı isə 1 kiloqrama bərabərdir. Onun 2 kilometr mənzilə sahib olduğu bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Atdım-unutdum   Raket  


Bizi "telegram"da izləyin