“Kornet” “Javelin”dəki kimi “baş hücum” qabiliyyətinə sahib olacaq

2018/08/received_310457376184149_1535125025.jpeg
Oxunub: 3656     23:29     24 Avqust 2018    
Rusiyanın “Kornet” tank əleyhinə raket sistemi ABŞ-ın “Javelin” raketlərindəki kimi “baş hücum” qabiliyyəti ilə təmin edilib.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Kornetin” istehsalçısı olan “High Precision Systems” kompaniyası məlumat yayıb.

Məlumata görə, “baş hücum” qabiliyyəti dedikdə tankın zirehinə yuxardan hücum etmə imkanı nəzərdə tutulur.

“Artıq yenilənmiş “Kornet” tank əleyhinə raket sistemləri düşmən hədəfə yuxarı yarımsferadan hücum etməyə imkan verir”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, ABŞ ordusunun istifadəsinə 1996-cı ildə verilən “Javelin” sisteminin spesifik xüsusiyyəti raketin qövsvari uçuş trayektoriyası cızaraq tank və digər zirehli vasitələrin qüllə hissəsindən hücum edə bilməsidir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Javelin   Kornet  


Bizi "telegram"da izləyin