Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı ABŞ HHQ-nin mətbuat xidməti yayıb.
Bildirilib ki, “Eielson” aviabazasında keçirilən təlimlər zamanı pilotsuz uçuş aparatının ilk sınaq uçuşu baş tutub.
Məlumata əsasən, RQ-4 “Global Hawk” uçuş aparatı sınaqları uğurla tamamlayaraq maksimum qiymətləndirilib.
Qeyd edək ki, sınaqdan keçirilən ilk 18 ədəd PUA ABŞ HHQ-yə təhvil verilib.
Dəyanət Ağalarlı
Ordu.az