Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ABŞ-ın Kaliforniya ştatındakı “Point Mugu” bazasında baş tutan sınaq uğurlu olub.
MALD-X raketi “Raytheon” kompaniyası tərəfindən təkmilləşdirilib. Kompaniya onun hazırlanması məqsədilə 2016-cı ildə Pentaqonla 34,8 milyon dollarlıq müqavilə imzalayıb.
Yeni raketin əsas xüsusiyyəti isə onun müxtəlif növ hava obyektlərini təqlid edərək düşmənin hava hücumundan müdafiə sistemlərini yanıltma qabiliyyətidir. Bu isə ona bu sistemlərdən yayınma imkanı verir.
Ağalar Ağalarlı
Ordu.az