Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, SQQ bu dəfə də hava kəşfiyyatı zabitlərini aeroporta göndərib.
Bundan başqa SQQ Həmanın şərq və şimal, İdlibin şərq və Hələbin cənub cəbhəsinə çox sayda canlı qüvvə və hərbi texnika cəmləyib. Bu qüvvələr tam hazır vəziyyətdədir.
Eyni zamanda sutka ərzində hökumət qüvvələri öz mövqelərini yaxşılaşdırmaq məqsədilə terrorçuların mövqelərinə zərbələr endiriblər. Bu hücumlar nəticəsində ondan çox terrorçunun məhv edildiyi və bir o qədər də yaralandığı bildirilir.
Ağalar Ağalarlı
Ordu.az