Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Çavuşoğlu İdlibdəki vəziyyətin hərbi yolla həllinin fəlakətlə nəticələnə biləcəyini diqqətə çatdırıb.
3 milyondan çox mülki şəxsin yaşadığı İdlibdə onların terrorçulardan fərqləndirilməsinin zəruriliyini dilə gətirən nazir Türkiyə üçün bütün terror təşkilatlarının eyni mövqedə yer aldığını vurğulayıb.
“Bizim üçün terror təşkilatlarının hamısı eynidir. Hamısı ilə də mübarizə aparmaq lazımdır. Digər tərəfdən burada hərbi bir həll fəlakət ola bilər, bu sadəcə İdlib bölgəsi üçün deyil, Suriyanın gələcəyi üçün də keçərlidir”, - deyə Çavuşoğlu ifadə edib.
Ağalar Ağalarlı
Ordu.az