Rusiya-NATO gərginliyi yüksəlməkdə davam edir

2018/08/Russia-NATO-tensions-1475833_1535109062.jpg
Oxunub: 1917     19:14     24 Avqust 2018    
Rusiya ilə NATO arasındakı gərginlik yüksəldiyi bir vaxtda Rusiya prezidenti Vladimir Putin özünün ABŞ-ın raketdən müdafiə sistemlərinin səfərbərliyinə cavab vermək məcburiyyətində qoyulduğunu bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Putin dünənki Finlandiya prezidenti Sauli Niinisto ilə danışıqlarında özünün buna məcbur qaldığını və Rusiyanın nə baş verdiyini izləməli olduğunu bildirib.

Birləşmiş Ştatlar özünün NATO qarşısındakı öhdəliyi çərçivəsində Avropa boyunca qabaqcıl raketdən müdafiə sistemləri yerləşdirib. NATO isə bunun beynəlxalq öhdəlikləri çərçivəsində olduğunu bildirir.

Putin isə məhz ABŞ sistemlərinin Rusiyanın milli təhlükəsizliyinə təhdid kimi nəzərdən keçirildiyini və özünün başqa çarəsi qalmadığını vurğulayıb.

Putinin bu açıqlamalarına cavab verən NATO-nun mətbuat katibi Oana Lunqesku koalisiyanın tədbirlərinin müdafiə xarakterli olduğunu və beynəlxalq qaydalar daxilində görüldüyünü diqqətə çatdırıb.

“NATO potensial təcavüzdən çəkindirmək məqsədilə özünün şərq qanadına 4 min əsgər yerləşdirib. Bu qoşunlar Rusiyanın yerləşdirdiyi diviziyalarla müqayisə edilə bilməz”, - deyə o bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   NATO   ABŞ  


Bizi "telegram"da izləyin