Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ ordusunun Tədqiqat Təkmilləşmə və Mühəndislik Komandanlığının Aviasiya və Raket bölməsinin icraçı direktoru Xuanita Kristensen bildirib.
Onun sözlərinə görə, bu dronlar eyni formada digər dövlətlərdə də yayılır və bunlar ABŞ qüvvələrinə təhdid meydana gətirir.
Kristensen bildirib ki, dronların yayılması onların düşmən və ya dost meyilli sistemlər olmasının aydınlaşdırılması prosesini çətinləşdirir.
“Bu dronların hər biri müxtəlif forma, ölçü və ağırlıqdadırlar. Onların hər birinin fərqli sürət, istifadə müddəti, manevrlilik və yükgötürmə qabiliyyəti var. Bu isə onların izlənməsini, hansının nə məqsədli olduğunu aydınlaşdırmanı çətinləşdirir”, - deyə ekspert əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az