Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, iki ölkə Müdafiə və Xarici İşlər nazirlərinin iştirakı ilə 2+2 formatında danışıqlar keçirməyə razılaşıblar.
Yaponiya hökumətinin yaydığı məlumata görə, əvvəlcə Hindistan bu danışıqlara tərəddüdlə yanaşsa da, Çinlə aralarında baş verən yaxınlaşmadan sonra onun təşkil olunmasına razılaşıblar.
Yaponiya özünün “Azad və Açıq Hind-Sakit okean Strategiyası”nın tətbiqində Hindistanı dəyərli partnyor kimi görür. İki ölkə arasında 2+2 formatlı danışıqlar 2010-cu ildən başlasa da, bu vaxta qədər onlar sadəcə nazir müavinləri səviyyəsində keçirilirdi.
Bundan sonra isə danışıqların nazirlər səviyyəsində keçirilməsinə qərar verilib. İlk belə görüşün növbəti ilin əvvəllərində baş tutması gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az