ABŞ HHQ B61-12 nüvə bombasının sınaq atışını edib

2018/08/maxresdefault_1535106413.jpg
Oxunub: 2704     18:25     24 Avqust 2018    
ABŞ Hərbi Hava Qüvvələrinin B-2 stels bombardmançısı çoxfunksiyalı B61-12 nüvə bombasının yenilənmiş versiyasının sınaq atışını həyata keçirib.

Ordu.az “Fox News”a istinadən xəbər verir ki, bu barədə ABŞ HHQ-nin mətbuat katibi kapitan Houp Kronin bildirib.

Onun sözlərinə görə, nüvə bombasının yenilənmiş versiyasında onun dəqiqliyi yüksəldilib və o, nüvə silahlarının missiya qabiliyyətləri ilə bağlı strategiyanı dəyişməyə imkan verəcək.

Kronin bildirib ki, bundan başqa modernləşdirilmiş versiyada onun təhlükəsizliyi və etibarlılığı da artırılıb.

Qeyd edək ki, B61-12-nin əsas üstünlüyünün onun bütün ətalətli bombaların sahib olduqları qabiliyyətləri özündə birləşdirməsi olduğu bildirilir. O daha aşağı dərəcəli radioaktiv təhlükə meydana gətirir və üstəlik taktiki hücumlar üçün uyğundur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-HHQ   B-2   B61-12  


Bizi "telegram"da izləyin