Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müdafiə sənayesi üzrə dünyanın ən nəhəng 20 şirkətinin 7-si Çinə məxsusdur.
Belə ki, ötən il bu şirkətlərin hər biri əsasən Çin hökuməti və ona bağlı hərbi qurumlarla olmaq üzrə ümumilikdə 5 milyard dollardan çox hərbi sənaye satışı həyata keçirməyə nail olublar.
Məlumata əsasən, sözügedən şirkətlər AVIC, CETC, “NorInCo”, “SoInCo”, State “Shipbuilding Corp”, “Shipbuilding Corp”, CASC və CASIC kompaniyalarıdır.
Çin hərbi mənbələrinin məlumatına görə, sadəcə SoInCo korporasiyası 22 milyard dollar gəlir əldə etməyi bacarıb ki, bu baxımdan o, ölkə lideridir.
Hazırda bu şirkətlər toplam olaraq 60 milyard dollar illik gəlirlə dünya müdafiə sənayesinin təxminən 7, Çin müdafiə sənayesinin isə 65-70 faizini formalaşdırır.
Dəyanət Ağalarlı
Ordu.az