Ordu.az “Stripes”ə istinadən xəbər verir ki, səsdən beş dəfə daha sürətli hərəkət edə bilən bu texnologiya yarışında qalib gəlmək üçün ABŞ səylərini gücləndirir.
Lakin bəzi hərbi analitiklərə görə, yeni nəsil müdafiə texnologiyaları üzərində bu qədər tələsmək ABŞ Hərbi Hava Qüvvələri və digər xidməti orqanlarına baha başa gələ bilər.
Karnegi Beynəlxalq Sülh Mərkəzinin nüvə siyasəti proqramının həmsədri Ceyms Akton, Pentaqonun daha sistematik olmalı olduğunu və yeni silahlanma proqramı zamanı onların effektivliyi ilə ərsəyə gəlməsi üçün çəkilən xərcləri müqayisə etməli olduğunu vurğulayıb.
“Bir çox pis nümunələr var. Məsələn Müştərək Taktiki Radio Sistemi. Bu proqram 1997-ci ildə yeni və daha güclü kommunikasiya sistem əldə etmək məqsədilə başladıldı və uğursuz oldu, nəticədə 2006-cı ilə qədər Pentaqon alternativ radio sistemlərinə milyardlarla dollar vəsait xərclədi.
Bundan başqa Şimali Koreyanın öz raketlərini təkmilləşdirməsi ilə bağlı 2000-ci illərin əvvəllərində mövcud olan narahatlıqdan dolayı nüvə başlıqlı ballistik raketləri vura bilən raketlərin təkmilləşdirilməsi prosesi sürətləndirildi. Quruda yerləşdirilən Orta mənzilli Müdafiə sistemi Pentaqonun ənənəvi tədarük və sınaq standartlarından kənarda saxlandı və hələ təkmilləşdirmə davam etdiyi bir vaxtda istifadəyə verildi. Lakin sınaqlarda sistem düşmən raketlərinin vurulmasında uğursuz oldu. 2016-cı ilə qədər Pentaqon bu sistemlərə 40 milyard dollar xərcləyib.
Digər tərəfdən raketlərin hazırlanmasında istifadə olunan bütün növ materiallar hipersəs texnologiyasında işləməyə bilər. Bu texnologiyadakı başqa potensial problem isə hipersəs qanadlı raketləri hərəkət gətirən mühərriklərdir. Bu raketlərə Max 5 sürəti qazandırmaq üçün mühərriklər atmosferdən hava kompress edir və yanacağın yandırılmasında oksigen çənindən daha çox ondan oksidan kimi istifadə edir. Əslində NASA-nın X-43A proqramında bu mühərriklərin uçuşda istifadə edilə biləcəyini göstərsə də, o, zaman sadəcə kiçik və təcrübi təyyarələrdə istifadə olunmuşdu.
Ağalar Ağalarlı
Ordu.az