Əfqanıstan XİN: “Taliban”la birbaşa dialoqlara hazırıq

2018/08/Снимок_1535099735.png
Oxunub: 3445     16:29     24 Avqust 2018    
Əfqanıstan “Taliban” qiyamçı qruplaşması ilə ikitərəfli danışıqlara hazırdır.

Ordu.az “Tolo News”a istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Əfqanıstan Xarici İşlər Nazirliyindən verilib.

Bildirilib ki, hazırda Əfqanıstan hökuməti xalqın mənafeyi və ölkə daxilində stabilliyin bərpası naminə lazım gələn bütün addımları atmağa hazırdır.

“Rəsmi Kabil daha öncə də Moskva danışılarında iştirak etməyəcəyini və “Taliban”la birbaşa müzakirələ müsbət yanaşdığını qeyd edib. Bildirmək istəyirik ki, Əfqanıstan qiyamçılarla müzakirələrə hazırdır. Xalqın mənafeyi və ölkədəki gərgin vəziyyətin aradan qaldırılması üçün “Taliban”ı birbaşa ikitərəfli dialoqlara dəvət edirik”, - deyə bəyanatda qeyd olunub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin