İran ABŞ-ı nüvə sazişi şərtlərinə geri dönməyə çağırıb

2018/08/1025449977_1535098892.jpg
Oxunub: 4120     16:16     24 Avqust 2018    
İran Xarici İşlər Nazirliyindən açıqlanan bəyanatda ABŞ-ın verdiyi vədlərə sadiqlik nümayiş etdirməli olduğu bildirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bəyanat İran XİN-in mətbuat katibi Bəhram Qasımi tərəfindən səsləndirilib.

Qeyd olunub ki, ABŞ hazırda öz sərt dilini işə salmaqla təcavüzkarlıq nümayiş etdirir.

“Məsələnin diplomatik həll yolu əlbəttə ki, mövcuddur. ABŞ prezidenti Donald Trampın anlamalı olduğu başlıca nüans budur ki, nüvə sazişi şərtlərinə geri dönüş hər iki ölkə üçün ən yaxşı seçim olacaq. Tehran məsələnin hərbi müstəviyə keçməsinə şiddətlə qarşı çıxacaq və ABŞ-la arasındakı gərginliyin sona çatdırılması üçün əlindən gələni əsirgəməyəcək”, - deyə bəyanatda qeyd olunub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Nüvə-Sazişi  


Bizi "telegram"da izləyin