Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Kabil polisinin mətbuat katibi Həşmət Stanikzay bildirib.
O qeyd edib ki, bir neçə terrorçudan ibarət kiçik dəstə paytaxt Kabildə orduya məxsus nəzarət postlarından birinə hücum edib.
Məlumata görə, ərazidəki hərbçilər hücuma dərhal cavab veriblər. Baş verən qarşıdurmalarda ordu itki verməsə də, 6 mülki vətəndaş yaralanıb.
Qeyd edək ki, ordunun cavab atəşi nəticəsində 2 İŞİD terrorçusu məhv edilib.
Dəyanət Ağalarlı
Ordu.az