SQQ Latakiyaya ediləcək əməmliyyatlara hazırlaşır

2018/08/13-1_1535087335.jpg
Oxunub: 2665     13:07     24 Avqust 2018    
Suriya Quru Qoşunlarının 4-cü zirehli tank diviziyası ölkənin Latakiya vilayətinə göndərilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı yerli mənbələr yayıb.

Bildirilib ki, ötən gün diviziyanın 39 və 41-ci briqadaları bölgənin Türkiyə ilə sərhəd məntəqələrinə göndərilib.

Məlumata əsasən, bu birliklər bölgəyə ediləcək hücumdan sonra terrorçuların Türkiyəyə keçidinin qarşını alacaqlar.

Qeyd edək ki, qarşıdakı günlərdə Latakiyanın şimalında geniş miqyaslı əməliyyatlara start veriləcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Latakiya   Hərbi-Karvan  


Bizi "telegram"da izləyin