Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Donbasda fəaliyyət göstərən separatçı qüvvələr ordunun mövqelərini minaatanlar, ağır silahlar, iriçaplı pulemyotlardan atəşə tutublar.
Bildirilib ki, Luqansk bölgəsində minaatanlardan hücum edən separatçılar hökumət qüvvələrinin müdafiə xəttini yarmağa çalışıblar, lakin onların bu cəhdlərinin qarşısı alınıb.
Ukrayna MN-in məlumatına görə, bu gün verilən itki sayı avqust ayının ən yüksək göstəricisidir.
Dəyanət Ağalarlı
Ordu.az