Pakistanda baş verən partlayışda bir əsgər şəhid olub

2018/08/_20180823_214015_1535046032.jpg
Oxunub: 2932     01:50     24 Avqust 2018    
Pakistanın Şimali Vəziristan bölgəsində kustar üsullarla hazırlanmış partlayıcı qurğunun partladııması nəticəsində 1 əsgər şəhid olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ordunun partlayıcı qurğuların zərərsizləşdirilməsi bölməsinin həyata keçirdiyi əməliyyat zamanı aşkarlanmamış bomba partlayıb.

Partlayış nəticəsində bölmənin bir üzvü şəhid olub, daha üçü isə yaralanıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Partlayış  


Bizi "telegram"da izləyin