ABŞ 2 həftə ərzində Hələb və Hasakaya hərbi karvanlar göndərəcək

2018/08/13961127000201_Test_PhotoI_1535041655.jpg
Oxunub: 3958     01:25     24 Avqust 2018    
ABŞ-a məxsus nəhəng hərbi və humanitar dəstək karvanı mərhələli şəkildə qarşıdakı 2 həftə ərzində Hələbə və Hasakaya göndəriləcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Londonda yerləşən Suriya İnsan Hüquqları Müşahidəçi Qrupu (SOHR) bildirib.

Qeyd olunub ki, göndərilən hərbi karvan bölgədə yerləşən ABŞ bazalarını silah-sursat, hərbi texnika və tikinti materialları ilə təmin edəcək.

Məlumata görə, 2 həftə ərzində müəyyən mərhələlərlə göndəriləcək karvanlar ümumilikdə 800 piyada döyüş maşını, zirehli texnika və yük avtomobilindən ibarət olacaq.

Qeyd edək ki, artlq ötən gün və bu gün ərzində 150 yük avtomobilindən ibarət dəstək karvanı Hasakada yerləşən 3 müxtəlif bazaya göndərilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suriya   Hərbi-Karvan  


Bizi "telegram"da izləyin