Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni agentliyin yaradılması üçün ölkənin Müdafiə və Daxili İşlər Nazirlikləri birlikdə işləyəcəklər.
Pentaqonun Müdafiə üzrə Qabaqcıl Tədqiqat Layihələr Agentliyi (DARPA) modeli əsasında yaradılacaq agentliyə ilkin olaraq 15 milyon avro büdcə ayrılması planlaşdırılır.
Başda 20-30 işçinin qəbul edilməsi nəzərdə tutulan agentliyin büdcəsi sonralar 50 milyon avro, personal sayı isə 100 nəfərə qədər artırılacaq.
Qeyd edək ki, Almaniya ordusu kibertəhlükəsizliyi üçün ABŞ-ın hərbi proqram təminatlarına güvənir. ABŞ-ın DARPA-sı illik 3,5 milyard dollarlıq büdcə əldə edir.
Dəyanət Ağalarlı
Ordu.az